İngiltərə millisi Polşadan üstün olub

1 Aprel, 15:14 Sosial mediada paylaşın:
Dünya çempionatının seçmə mərhələsində I qrupunda yarışan İngiltərə millisi Londonun “Uembli” arenasında Polşa seçməsini qəbul edib. Oyun fəal başlayan britaniyalılar tezliklə penalti vurmaq hüququ qazanıblar. Harri Keyn fürsəti qaçırmayıb. Fasilədən sonra qonaqlar tarazlığı bərpa ediblər. Yakub Moder fərqlənib. Amma matçın sonunda meydan sahibləri qələbə qolunu vurmağa nail olublar. Harri Maquayr yekun nəticəni müəyyənləşdirib - 2:1. Ardıcıl 3-cü qələbəsini qazanan İngiltərə millisi 9 xalla qrupa liderlik edib. 3 oyuna 4 xal toplayan Polşa seçməsi 4-cü yerdədir.
Liderdən 2 xal geri qalan Macarıstan futbolçuları bu tur səfərdə Andorra kollektivini məğlub ediblər. Fasilə ərəfəsində Attila Fiola hesabı açıb. 2-ci hissədə isə ardıcıl olaraq Daniel Qazdaq, Laslo Klaynhaysler və Loik Neqo fərqləniblər. Meydan sahiblərinin gücü yalnız təsəlli qoluna çatıb. Mark Puyol görüşdə son nöqtəni qoyub. Beləliklə Macaristan seçməsi 4:1 hesablı qələbə qazanıb.
Macarıstan seçməsindən 1 xal geri qalaraq 3-cü pillədə qərarlaşan Albaniya yığması isə səfərdə San Marinoya qalib gəlib. Qonaqlar 2 cavabsız qol vurublar. Albaniya millisinin heyətində Rey Manay və Nyurto Uzuni fərqlənib.

CANLI YAYIM