Bu gün Antalyada cüdo üzrə "Böyük Dəbilqə" yarışı başlanır

1 Aprel, 14:08 Sosial mediada paylaşın:
Bu gün Türkiyənin Antalya şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turniri başlanır.
İlk yarış günündə 7 cüdoçumuz tatamiyə çıxır. 60 kq-da Kəramət Hüseynov və Davud Məmmədsoy mübarizə aparacaq. 66 kq-da isə Nicat Şıxəlizadə və Orxan Səfərov qüvvəsini sınayacaq. Qadınların turnirində isə 3 idmançımız mübarizəyə başlayır. Bunlar 48 kq-da Leyla Əliyeva, Aişə Qurbanlı və 52 kqda isə Gültac Məmmədəliyevadır. 3 gün davam edəcək turnirdə ümumilkdə 13 idmançımız çıxış edəcək. Xatırladaq ki, bundan əvvəl Gürcüstanda keçirilən Böyük Dəbilqə turnirində komandamızdan Kəramət Hüseynov və Murad Fətiyev bürünc medal qazanmışdı.

CANLI YAYIM