"Odlar Yurdu" Avropa Kubokunda 5-ci oldu

1 Aprel, 12:54 Sosial mediada paylaşın:
Şahmat üzrə klublararası onlayn Avropa Kuboku yekunlaşıb.
Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli, və Cahangir Ağarəhimovdan ibarət “Odlar Yurdu” komandamız 2-ci final günündə daha 5 görüş keçirib. Bunların 2-də qalib gəllib, 1-də heç-heçə edən komandamız 2 oyunda da məğlub olub. Yekunda “Odlar Yurdu” 10 komandanınm mübarizə apardığı final mərhələsində 5-ci yeri tutub. Yarışın qalibi Almaniya şahmatçıları olublar. İlk 3-lüyü Fransa və Rusiya komandası tamamlayıb. Ümumi mükafat fondu 14 min avro olan yarışda 1-ci yerin sahibi 4 min avro əldə edib.

CANLI YAYIM