"Qarabağ" "Qəbələ"nin üzvünü transfer etmək istəyir

1 Aprel, 11:25 Sosial mediada paylaşın:
“Qəbələ”nin müdafiəçisi Rüfət Əhmədov “Qarabağ”ın maraq dairəsinə düşüb.
Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov 2002-ci il təvəllüdlü futbolçunu diqqət mərkəzinə alıb. Premyer Liqanın son həftələrində əsas heyət üzvünə çevrilən istedadlı arxa xətt oyunçusu yay transfer pəncərəsində çempionun sıralarına qatıla bilər.

CANLI YAYIM