İslam Abbasov Budapeştdə qızıl medal qazandı

22 Mart, 09:20 Sosial mediada paylaşın:
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirini 2 medalla başa vurub.  İslam Abbasov (87 kq) qızıl, Sənan Süleymanov (77 kq) isə bürünc medala yiyələnib. Rəqibləri tatamiyə çıxmadıqları üçün güləşçilərimizə texniki qələbə verilib. Abbasov finala yüksəldiyi üçün Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya da əldə edib.
60 kq-dakı Murad Məmmədov isə zədə səbəbindən döşək üzərinə çıxmayıb. Bu səbəbdən o, texniki məğlubiyyət alıb. Qeyd edək ki, Azərbaycan güləşçiləri Budapeştdə ümumilikdə 3 lisenziya qazanıb. Bununla da Tokio olimpiadasına vəsiqələrin sayı beşə çatıb. Ölkəmiz Oyunlarda sərbəst güləşdə 65, 74 və 97 kq, qadın güləşində 50 kq, yunan-Roma güləşində isə 87 kq-da təmsil olunacaq. Xatırladaq ki, sonuncu lisenziya yarışı - Dünya Olimpiya Təsnifat turniri 6-9 mayda Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək. Həmin yarışda da hər çəkidə ilk iki yerin sahibi ölkəsinə olimpiya lisenziyası qazandıracaq.

CANLI YAYIM