Coşua ilə Fyuri iki dəfə üz-üzə gələcək

16 Mart, 17:12 Sosial mediada paylaşın:
WBC versiyası üzrə ağır çəkidə dünya çempionu Tayson Fyuri WBA, IBF, WBO və IBO çempionu Entoni Coşua arasında iki döyüş keçiriləcək. Uzun müddət bu iki boksçu arasında danışıqların getdiyi ilə bağlı xəbərlər yayılmışdısa, artıq britaniyalı əlcək ustaları razılıq əldə ediblər. Entoni Coşuanın proumoteri Eddi Hirn mətbuata açıqlama verərək idmançıların müqaviləyə imza atdığını bildirib: “Bütün çətinliklər arxada qaldı. Biz son iki ayda bu döyüşün baş tutması üçün çox əziyyət çəkdik.  Elə bir böyük döyüşdür ki, onun təşkilat və teleyayım hüququnu satmaq heç bir problem yaratmayacaq. İndidən 8-9 arenadan döyüşü təşkil etməklə bağlı təklif gəlib.  Yaxın və Uzaq Şərq, Şərqi Avropa və Amerika ölkələri bu görüşə evsahibliyi etmək üçün alışıb-yanır. Bu, dünyanın ən səsküylü boks qarşıdurması və idman hadisəsi kimi diqqət mərkəzinə düşəcək.”
Xatırladaq ki, Coşua ilə Fyuri arasındakı ilk döyüşdə qalib gələn tərəf bütün kəmərlərə sahib çıxacaq. Məğlub olan boksçu isə təkrar qarşılaşmaya çıxmaq hüququ əldə edəcək. Hələ ki, döyüşlərin harada və nə vaxt keçiriləcəyi məlum deyil.

CANLI YAYIM