Norveçlilər estafet yarışının qalibi olub

6 Mart, 12:20 Sosial mediada paylaşın:
Almaniyada keçirilən xizək yarışları üzrə dünya çempionatı davam edir. Çempionatın 12-ci günündə kişilər arasında estafet yarışı keçirilib. Ənənəvi olaraq yenə də norveçli xizəkçilər fəxri kürsünün ən üst pilləsinə qalxıb.
Almaniyada keçirilən xizək yarışları üzrə dünya çempionatında növbəti gün geridə qalıb. Çempionatın 12-ci günündə azarkeşlər kişilər arasında hərəyə 10 km məsafəyə estafet yarışnı izləyib. Oberstdorf məntəqəsində keçirilən yarışda Norveç millisi Pol Qolberq, Emil İversen, Hans Krister Holund və Yohannes Hösfelt Klebo sayəsində qızıl medal qazanıb. Skandinavlar finiş xəttini 1 saat 52 dəqiqə 39 saniyəyə qət edib. Qeyd edək, 3 qat olimpiya çempionu olan Norveç millisinin 23 yaşlı lideri Yohannes Hösfelt Klebo bu yarışda da çempionluq sevinci yaşayaraq karyerasında 6-cı dəfə dünya çempionu olub. O, təkcə bu turnirdə 3 qızıl medal qazanıb.Maraqlıdır ki, qadınlarrın estafet yarışında olduğu kimi, kişilər arasında da ikinci yeri Rusiya millisi tutub. Rusiyalı xizəkçilər liderdən 12 saniyə geridə qalıb. Bürünc medala isə Fransa millisi sahib çıxıb. Bu fransızların çempionatda qazandığı ilk medaldır.Hazırda çempionata komanda hesabında 11 qızıl, 8 gümüş və 6 bürünc medal qazanan Norveç xizəkçiləri başçılıq edir. Hərəyə 2 qızıl medala sahib çıxan İsveç və Avstriya milliləri 2-3-cü yerdə qərarlaşıb.

CANLI YAYIM