Coşua ilə Fyuri razılığa gəlib

5 Mart, 17:39 Sosial mediada paylaşın:
Tayson Fyuri ilə Entoni Coşua yaxın vaxtlarda iki dəfə üz-üzə gələcək.
Artıq hər iki dünya çempionu müqavilənin şərtləri ilə bağlı razılığa gəlib. Məlumatı “Top Rank” promouter şirkətinin rəhbəri Bob Arum da təsdiqləyib. Onun sözlərinə görə, yaxın vaxtlarda hər iki boksçu müqaviləyə imza atacaq. Məhz bundan sonra döyüşün keçiriləcəyi tarix ictimaiyyətə elan olunacaq.
Yeri gəlmişkən, mətbuata açıqlama verən Entoni Coşua ilk döyüşün yay fəslində təşkil olunacağını söyləyib: “Fyuri ilə ilə ilk döyüş iyun ayına planlaşdırılır. Bizim qarşılaşacağımıza inanın! Bu görüş fanatlar xatirinə baş tutmalıdır, İnsanlar neçə aydır ki, bizim döyüşümüzü gözləyir. Artıq Böyük Britaniya boksda öz əzəmətini qaytarmaq üzrədir.  Bütün kəmərləri əlimə keçirəcəyim günü səbirsizliklə gözləyirəm”

CANLI YAYIM