"İnter" liderliyini möhkəmlətdi

5 Mart, 14:24 Sosial mediada paylaşın:
İtaliya A Seriyasının 25-ci turuna “Parma” – “İnter” matçı ilə yekun vurulub.
Oyuna gözlənildiyi kimi qonaqlar daha yaxşı başlayıblar. İlk hissədə “İnter”in ardıcıl hücumlarına baxmayaraq hesab açılmayıb. İkinci yarıda Antonio Kontenin komandası təzyiqi artırıb. Nəhayət, 54-cü dəqiqədə qonaqlar seviniblər. Aleksis Sançes fərqlənib. Çox keçmədən fərq artıb. Sançes dubl edib. Hesabda geridə olan meydan sahibləri hücumlarını daha da gücləndiriblər. “Parma” 71-ci dəqiqədə toplardan birinnin əvəzini çıxıb. Amma meydan sahiblərinin bundan artığına gücü çatmayıb. “İnter” 2:1 hesabı ilə qələbə qazananaraq liderliyini daha da möhkəmlədib.

CANLI YAYIM