İtaliyanın 4 klubundan 2-i yarımfinala vəsiqə qazanıb

4 Mart, 17:42 Sosial mediada paylaşın:
Qadın voleybolçuların Çempionlar Liqasında 1/4 finalın cavab oyunları keçirilir. İtaliyanın turnirdəki 4 klubundan artıq ikisi yarımfinala adlayıb.Türkiyənin yarışdakı təmsilçilərindən “Fənərbağça” isə mübarizəni dayandırıb.
    Çempionlar Liqasında ¼ finalın cavab oyununda İtaliyanın “Novara” komandası “Fənərbağça”nı qəbul edib. İstanbuldakı ilk matçda 1-3 hesabı ilə uduzan “Fənərbağça” voleybolçuları təkrar görüşə də yaxşı başlamayıblar. Birinci setdə 25-16 hesabı ilə üsütn olan olan meydan sahibləri növbıti hissəni də xeyirlərinə başa vurublar. 25-18. 3-cü setdə  “Fənərbağça” təşəbbüsə yiyələnib və 25-16 hesabı ilə qalib gəlib. Lakin Zoran Terziçin komandasının bundan artığına gücü çatmayıb. 4-cü hissədə də üstün olan “Novara” yarımfinala adlayıb.
     Mərhələnin digər oyununda İtaliyanın iki  komandası - “Konelyano” və “Skandiççi”  üz-üzə gəlib. İlk oyunda rəqibinin müqaviməti çətinliklə qıran “Konelyano” doğma meydana asan qələbə qazanıb.  25-20,25-17 və 25-20.
¼  finalın digər cavab görüşündə Türkiyənin “Vakıfbank” komandası Poşlanın  “Ximik Polis” klubunun voleybolçularını qəbul edəcək. Xatırladaq ki, “Vakıfbank”  ilk matçda rəqibini 3-0 hesabı ilə məğlub etmişdi. Qardaş ölkənin turnirdəki digər təmsilçisi “Əczaçıbaşı”komandası isə İstanbulda İtaliyanın “Busto Arsiçio” klubu ilə qarşılaşacaq. Bu komandaıarın ilk oyunda italiyalıların 3-1 hesablı qələbəsi qeydə alınıb. 

CANLI YAYIM