"Leypsiq" "Volfsburq"u mübarizədən kənarlaşdırıb

4 Mart, 14:30 Sosial mediada paylaşın:
Almaniya kubokunun 1/4 finalında “Leyptsiq” və “Volfsburq” futbolçuları üz-üzə gəliblər.
Qonaqlar ilk hissədə hesabı açmaq üçün gözəl fürsət əldə ediblər. Lakin Vaut Veqorst penalti zərbəsini yerinə yetirərkən sürüşdüyünə görə top qapıdan xeyli aralı keçib. Bu uğursuzluğun nəticəsi isə çox ağır olub. “Leyptsiq” fasilədən sonra rəqibini 2 dəfə cəzalandıraraq yarımfinala çıxıb. 63-cü dəqiqədə Yusuf Poulsen hədəfi dəqiq nişan alıb. Vaxtın yekunlaşmasına 2 dəqiqə qalmış Hvan Çi Çxan mübarizəyə nöqtə qoyub.

CANLI YAYIM