Futzal millimiz Moldova yığması ilə qarşılaşacaq

4 Mart, 12:05 Sosial mediada paylaşın:
Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
3-cü qrupda mübarizə aparan komandamız Moldova yığması ilə qarşılaşacaq. Bakı İdman Sarayındakı görüş saat 19-da başlanacaq. Matçı italiyalı hakimlər idarə edəcəklər.Xatırladaq Kİ, qrupdakı ilk iki oyunda qələbə qazanan millimiz 6 xalla liderdir. Moldova seçməsi isə 4 xalla 2-cidir. Qrupun digər görüşündə Slovaki və Yunanıstan futzalçıları üz-üzə gələcək.

CANLI YAYIM