Portuqaliya - Azərbaycan matçının yeri dəyişdirilib

4 Mart, 10:40 Sosial mediada paylaşın:
DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək Portuqaliya - Azərbaycan oyunu İtaliyada təşkil olunacaq.
Görüş Turin şəhərində yerləşən "Yuventus" klubuna məxsus "Allyans" stadionda keçiriləcək. Bununla bağlı AFFA-ya müvafiq rəsmi məlumat UEFA, Portuqaliya Futbol Federasiyası və "Yuventus" klubundan göndərilib və AFFA tərəfindən razılıq verilib. Portuqaliya milli komandasının ev oyununun neytral meydanda keçirilməsinin səbəbi COVID-19 pandemiyasıdır. Qarşılaşma martın 24-ü baş tutacaq.

CANLI YAYIM