Tennisçilərin Doha turnirində 1/8 finalçılar məlumdur

3 Mart, 17:24 Sosial mediada paylaşın:
Qadın tennisçilərin Doha turnirində 1/8 finalçıların hamısının adına aydınlıq gəlib. Amerikalı idmançıların uğurlu çıxışı diqqət çəkib. Meddison Kiz isveçrəli Belinda Bençiçi 2 setdə məğlubiyyətə uğradıb.
Eyni nəticəni Cennifer Pequla çinli Van Tsyanla qarşılaşmada göstərib. O da rəqibinə hər 2 setdə qalib gələrək 1/8 finala çıxıb.
Rusiyalı Anna Blinkova isə tunisli Uns Cabirlə bacarmayıb. Bu qarşılaşmanın taleyinə də 2 setdə aydınlıq gəlib. Cabir hər 2 bölümdə üstün olaraq 1/8 finalda çıxış etmək hüququ qazanıb. Qeyd edək ki, martın 6-dək davam edəcək yarışın mükafat fondu 600 min dollara yaxındır.

CANLI YAYIM