"Tampa Bey Laytninq" liderliyi ələ keçirdi

3 Mart, 16:18 Sosial mediada paylaşın:
Milli Xokkey Liqasında mübarizə davam edir.
Mərkəzi divizionun iddialılarından “Tampa Bey Laytninq” növbəti oyununa çıxıb. Komanda səfərdə sonuncu pillədə qərarlaşan “Dallas Stars”la üz-üzə gəlib. Gözlənildiyi kimi qarşılaşmaya qonaqlar daha üstün başlayıblar. İlk dövrədə bir dəfə fərqlənən “Tampa” xokkeyçiləri ikinci hissədə rəqibin müqavimətini qıra bilməyiblər. Komanda yalnız sonuncu hissədə fərqi artıra bilib. 2:0 hesabı ilə qalib gələn “Tampa Bey Laytninq” komandası 31 xalla zirvəyə yüksəlib. Eyni xala malik “Karolina Harrikeynz” onun yaxın izləyicisidir. Ardıcıl üçüncü dəfə məğlub olan “Dallas Stars” isə sonuncu pillədədir.
 

CANLI YAYIM