Yohauq 12-ci dəfə dünya çempionu oldu

3 Mart, 15:12 Sosial mediada paylaşın:
Almaniyada keçirilən xizək yarışları üzrə dünya çempionatında növbəti gün geridə qalıb.
Çempionatın 9-cu günündə azarkeşlər qadınlar arasında  sərbəst üslubda yarışı izləyib. Oberstdorf məntəqəsində keçirilən yarışda norveçli Tereza Yohauq 10 km məsafəni 23 dəqiqə 9 saniyəyə qət edərək qızıl medal qazanıb. Beləliklə də 32 yaşlı olimpiya çempionu karyerasında 12-ci dəfə dünya çempionatında qızıl medalı boynundan asıb. O, bu çempionatda skiatlon yarışında da rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən üst pilləsinə yüksəlmişdi. Yohauqdan 54 saniyə geri qalan digər isveçli xizəkçi Frida Karlsson gümüş medal qazanıb.  Onun həmyerlisi Ebba Anderson 3-cü yeri tutub.
Hazırda çempionata komanda hesabında 7 qızıl, 6 gümüş və 5 bürünc medal qazanan Norveç xizəkçiləri başçılıq edir. Cəmi 2 qızıl medala sahib çıxan İsveç millisi 2-ci yeri tutur. Almaniya, Sloveniya, Avstriya, Rusiya və Polşa idmançılarının hərəyə bir qızıl medalı var.

CANLI YAYIM