"Vaşinqton" "Memfis"i məğlub edib

3 Mart, 14:09 Sosial mediada paylaşın:
Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında daha bir görüş keçirilib.
Şərq Konfransında yarışan“Vaşinqton Uizards” Qərb Konfransında mübarizə aparan “Memfis Qrizzlis”i qəbul edib. Görüşə daha yaxşı başlayan Memfis komandası ilk hissədə qalib gəlib – 35:33. Üstünlüyü əldən verməyən qonaqlar böyük fasiləyədək xal fərqini 15-ə çatdırıblar – 71:56. Digər hissələrin birində Memfis basketbolçuları qələbə qazandıqları halda, o birində Vaşinqton koamndası üstün olub. Yekunda qonaqlar qalib gəliblər:  “Vaşinqton Uizards” - “Memfis Qrizzlis” 102:92.
Görüşün ən yaxşısı Ca Morant seçilib. Memfis basketbolçusu  35 xal, 5 ribaund, 10 məhsuldar ötürmə ilə diqqət çəkib.
Qeyd edək ki, Qərb konfransına “Yuta Cazz” başçılıq edir. Şərq Konfransında isə  "Filadelfiya Seventi-Siksers" liderdir.

CANLI YAYIM