"Beşiktaş" uğurlu seriyanı davam etdirdi

3 Mart, 12:53 Sosial mediada paylaşın:
“Yeni Malatya” stadionunda keçirilən qarşılaşmada yerli komanda “Beşiktaş”ı qonaq edib.
Matça İstanbul klubunun daha üstün başlayacağı gözlənilsə də, ilk hissədə meydan sahibləri rəqibinə ciddi müqavimət göstəriblər. Lakin fasilədən sonra təşəbbüsə yiyələnən Sərgən Yalçının komandası “Yeni Malatyaspor” futbolçularını cərimə meydançasına çəkilməyə məcbur edib. Ardıcıl hücum cəhdləri saatın tamamında nəticəsini verib. Vinsent Abubakarın ötürməsindən sonra Atiba Hatçinson topu qüvvətli zərbə ilə qapıya vurub. Beləcə kanadalı futbolçu yeni ildə qol hesabını açıb. Qalan vaxt ərzində tərəflərin səyi nəticə verməyib və matç minimal hesabla “Beşiktaş”ın xeyrinə başa çatıb. Bu qələbə sayəsində yarış cədvəlində yenidən ikihakimiyyətlilik yaranıb. 26 turdan 57 xal toplayan “Beşiktaş” əzəli rəqibi “Qalatasaray”la birgə zirvəni bölüşür. 54 xalı olan “Fənərbağça” ilk üçlüyü tamamlayır.

CANLI YAYIM