Bu il Formula 1 üzrə Azərbaycan Qran-Prisi tamaşaçılar buraxılmayacaq

2 Mart, 17:29 Sosial mediada paylaşın:
Bu il Formula 1 Azərbaycan Qran-Prisini azarkeşlərin tribunalardan izləməsinə icazə verilməyəcək.
Bunu “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ayan Nəcəf deyib.
O bildirib ki, belə bir qərar Azərbaycanın Formula 1 şirkəti qarşısında öhdəliyi səbəbindən və ölkənin turizm potensialının pandemiya dövründən sonra da nümayiş etdirilməsi məqsədilə qəbul olunub.
A.Nəcəf martın sonlarına doğru yarış məkanında baryerlərin quraşdırılacağını, mayda isə tikinti prosesinin yekunlaşacağını əlavə edib.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 4-6-da Bakı şəhər halqasında təşkil olunacaq.

CANLI YAYIM