Niderland və Argentinada tennis turnirləri start götürüb

2 Mart, 14:20 Sosial mediada paylaşın:
Argentinada ATP seriyalı tennis turniri başlanıb. Torpaq kortda keçirilən yarışın ümumi mükafat fondu 400 min avroya yaxındır. Niderlandda isə qapalı məkanda yarışa start verilib. Rotterdamdakı turnirin ümumi müklafat fondu 900 min avrodan çoxdur.
Buenos - Ayresdəki turnirin ilk oyununda serbiyalı Laslo Dyere isə italiyalı Marko Çekkinato üz-üzə gəlib. Gərgin keçən 1-ci hissədə Marko Çekkinato taybrekdə qalib gəlib. Lakin sonrakı setlərdə serbiyalı tennisçi təşəbbüsü ələ alıb və qalib gəlib 6:2 və 6:3.
Yarışın iddialılarından Pablo Anduxar ilk mərhələni asanlıqla adlayıb. İspaniyalı tennisçi 1-ci mərhələdə argentinalı Xuan İqnasio Londeronu hər iki setdə məğlub edib. ilk setdə 6:3 hesabı ilə qalib gələn Anduxar, 2-ci hissədə kort sahibinə 1 geymdə belə fərqlənmək imkanı verməyib.
Rotterdamdakı turnirin ilk turu daha gərgin olub. Xüsusilə macarıstanlı Marton Fuçoviç və amerikalı Reylli Opelka arasındakı görüş qeyd olunmalıdır. 3 saata davam edən matçın taleyi 3 setdə həll olunub. Hər hissədə isə tennisçilər yalnız taybrekdə fərqlənə biliblər. 1-ci setdə Fuçoviç, 2-ci də isə Opelka qalib gəlib. 3-cü – həlledici setdə yenidən taybrekdə ddaha yaxşı oynayan Marton Fuçoviç mərhələ adlayıb.
Böyük Britaniyalı Endi Marrey və Niderlandlı Robin Haas arasındakı  qarşılaşma isə 2 saat yarım çəkib. Ilk setdə kort sahibi asan qələbə qazanıb 6:2. Amma 2-ci hissənin taleyi taybrekdə həll olunub. Burda daha yaxşı çıxış edən Marrey ümumi hesabı bərabərləşdirib. Britaniyalı raketka ustası həlledici setdə də təşəbbüsü əldən verməyib 6:3. Bununla da Endi  Marrey növbəti mərhələyə yüksəlib

CANLI YAYIM