Qvardiola: "Azarkeşlərimizə ardıcıl 21-ci qələbə sevincini bəxş edəcəyimizə inanıram”

2 Mart, 13:15 Sosial mediada paylaşın:
İngiltərə Çempionatının 29-cu turunda lider “Mançester Siti” doğma meydanda “Vulverhempton”la üz-üzə gələcək.
Ən yaxın rəqibi “Mançester Yunayted”lə xal fərqini 12-yə çatdıran “şəhərlilər” çempionluq yolunda inamla addımlayır. Komanda ardıcıl 20 görüşdə qələbə qazanıb və uğurlu seriyanın 14 qarşılaşması Premyer Liqa matçlarına təsadüf edib. Bununla yanaşı Mançester təmsilçisinin 27 oyunluq məğlubiyyətsizlik seriyası da mövcuddur. Çempionatın 26-cı turunda “Vest Hem”lə oyunda qazanılan qələbə komandanın baş məşqçisi Xosep Qvardiola üçün də əlamətdar oldu. Belə ki, təcrübəli mütəxəssis baş məşqçi karyerasında 500-cü qələbəsini qazandı. İndiki vəziyyətdə işləri yolunda gedən “Mançester Siti” “Vulverhempton”la oyun üçün hazırlığını tamamlayıb. Xosep Qvardiola ənənəvi mətbuat konfransında oyunla bağlı müsbət fikirlər söyləyib.

CANLI YAYIM