Dembelenin “El Klassiko”nu buraxacağı dəqiqləşdi

9 Oktyabr, 16:51 Sosial mediada paylaşın:
“Barselona”nın fransalı hücumçusu Usman Dembele İspaniya La Liqasının 10-cu turunda “Real”la keçiriləcək matçı buraxacaq.
İspaniya Futbol Federasiyası gözlənildiyi kimi Dembeleyə 2 oyunluq cəza verib.
Buna səbəb onun “Sevilya” ilə matçda baş hakim Antonio Mateu Lahozu təhqir etməsi olub. Nəticədə Usman La Liqanın 9-cu turunda “Eybar”la, 10-cu turunda “Real”la matçlarda iştirak etməyəcək.
Qeyd edək ki, "Barselona" - "Real" görüşü oktyabrın 26-ı keçiriləcək.

CANLI YAYIM