MBA-da yalnız 3 komandanın oyunları təxirə salınmayıb

1 Mart, 17:36 Sosial mediada paylaşın:
Ötən mövsüm “All Star” həftəsindən sonra Rudi Qober və Donovan Mitçellin koronavirusa yoluxmasına görə MBA-da mövsüm yarımçıq dayandırılmışdı. Bir neçə aylıq fasilədən sonra liqanın oyunları Orlandoda davam etdirilmişdi. Bu mövsüm isə vəziyyət elə də faciəvi deyil. Amma koronavirus yenə də liqanın təqviminə müdaxilə edə bilir.
Koronavirus pandemiyasına görə MBA-da oyunlar tam formatda keçirilmir. Ötən mövsümlə müqayisədə hazırda vəziyyət daha yaxşı olsa da, bəzi oyunlar basketbolçuların koronavirusa yoluxmasına görə təxirə salınır. Bu proses hələ də davam edir və virusa yoluxanların sayı da azalmır. Bu da oyunların təxirə salınmasına səbəb olur. Təsadüfi deyil ki, bu mövsüm MBA-da 34 oyun təxirə salınıb ki, bunlarda 30-u koronavirusa görədir. Demək olar ki, hər gün təqvimdə nəzərdə tutulan hansısa bir oyun keçirilmir. Maraqlıdır ki, bu mövsüm yalnız “Bruklin Nets”, “Los Anceles Leykers” və “Los Anceles Klippers”in oyunları təxirə salınmayıb. Digər komandalar isə belə xoşagəlməz vəziyyətlə üzləşib. Bu gün isə liqa “Çikaqo Bulls” ilə “Toronto Raptors”  arasındakı oyunu təxirə salıb. Buna Kanada təmsilçisinin meydana çıxartmağa 8 oyunçu tapa bilməməsi səbəb olub.

CANLI YAYIM