"Atletiko" liderliyini möhkəmlətdi

1 Mart, 16:00 Sosial mediada paylaşın:
İspaniya La Liqasının 25-ci turunda “Atletiko” “Vilyarreal”ın qonağı olub.
Görüşə gözlənilənlərin əksinə meydan sahibləri daha fəal başlayıblar. İlk dəqiqələrdən üstünlüyə yiyələnməsinə baxmayaraq “Vilyarreal” qapısında top görüb. 25-ci dəqiqədə Alfonso Pedraza avtoqol müəllifi olub. Fasiləyə üstün yollanan Madrid təmsilçisi ikinci yarıda da hücumlarını davam etdirib. 69-cu dəqiqədə fərq artıb. Bu dəfə Joao Feliks hədəfdən yayınmayıb – 2:0.  Qalan vaxtda meydan sahibləri çox çalışsalar da, hesabı dəyişə bilməyiblər. Beləliklə 2 cavabsız qolla qalib gələn “Atletiko” 58 xalla liderliyini davam etdirir. “Vilyarreal” isə 37 xalla 7-cidir.

CANLI YAYIM