FIDE-nin yeni reytinq cədvəli açıqlanıb

1 Mart, 14:00 Sosial mediada paylaşın:
Beynəlxalq Şahmat Federasiyası yeni reytinq siyahısını açıqlayıb. İlk "10-luq"da ölkəmizin 2 təmsilçisi var.
Yeni reytinq cədvəlində Şəhriyar Məmmədyarov bir pillə irəliləyərək 2770 xalla 8-ci olub.  9-cu sıradakı Amerika Birləşmiş Ştatları şahmatçısı Uesli Sonun da eyni xalı var. Milimimzii digır üzvü Teymur Rəcəbov isə 10-cu yerdə qalıb. Dünya Kubokunun qalibi olan qrossmeystrimizin hesabında 2 765 xal var.  Qədir Hüseynov və Nicat Abbasov  bir pillə geriləyiblər. Onlar müvafiq olaraq, 72 və 75-ci yerlərdə qərarlaşıblar. Rauf Məmmədovun da mövqeyində dəyişiklik var. O, 87-ci pillədən 90-cı yerə geriləyib. Siyahıda ilk “üçlük” dəyişməyib. Norveçli dünya çempionu Maqnus Karlsen 2847 xalla əvvəlki kimi liderdir.  Amerikalı Fabiano Karuana  ikinci, çinli Dinq Liren isə üçüncüdür.  Qadın şahmatçılardan Günay Məmmədzadə 29-cu yerdədir. Gülnar Məmmədova 79-cu,  Xanım Balacayeva isə ondan 10 pillə geri qalır.

CANLI YAYIM