Əl Rəhimzadəi qızıl, Turan Bayramov və Türkan Nəsirzadə bürünc medal qazandı

28 Fevral, 09:45 Sosial mediada paylaşın:
Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən yarışın ilk günündə 11 idmançımız mübarizəyə başlayıb. Əfqan Xaşalov ilk görüşdə belaruslu güləşçiylə minimal fərqlə uduzub. Mahir Əmiraslanov debütdə ukraynalı həmkarına sonuncu xal prinsipinə əsasən qalib gəlib. Mübarizəyə 1/8 finaldan qoşulan İslam Bazarqanov gürcü pəhləvanla qarşılaşmanın son saniyəsində qələbəni əldən verib. Əmiraslanov isə bu mərhələdə özbək güləşçiyə yenilib.
Əli Rəhimzadə təsnifat mərhələsini güləşmədən keçib. Buna səbəb yunan rəqibinin xalça üzərinə çıxmamasıdır. Mübarizəyə 1/16 finaldan qoşulan Turan Bayramov Ukraynanı təmsil edən erməni güləşçiyə son dəqiqədə "tuşe" ilə qalib gəlib. Gəncə güləş məktəbinin yetirməsi Belarus idmançısını da vaxtından əvvəl xalçadan məyus yola salıb. Rəhimzadə isə qırğız həmkarını tam üstünlüklə sıradan çıxarıb. Əli daha sonra yerli pəhləvana minimal fərqlə qalib gəlib. 1/4 finalda Turan ABŞ, Əli isə Gürcüstan idmançısı üzərində qələbə qazanaraq yarımfinala vəsiqə qazanıblar. Bayramov finalın bir addımlığında qırğız güləşçiyə məğlub olub. Əvəzində Moldova təmsilçisinə gücünü göstərən Rəhimzadə finala yüksəlib. Turan fevralın 27-də 3-cü yer uğrunda görüşdə Ukraynanı təmsil edən digər erməni güləşçini də məğlubiyyətə uğradaraq bürünc medala sahib olub.
Əşrəf Aşırov ilk görüşdə gürcü rəqibindən üstün olub. Ancaq daha sonra İran güləşçisinə uduzub. Rəqib finala yüksəldiyi üçün Aşırov fevralın 27-də təsəlliverici görüşə çıxaraq əlcəzairli idmançıya "tuşe" ilə qalib gəlib. Ancaq növbəti görüşdə yerli pəhləvanla bacarmayıb.
İslam İlyasov ilk mərhələdə Yunanıstan təmsilçisini mübarizədən kənarlaşdırsa da, təcrübəli gürcü həmkarına məğlub olub.
Türkan Nəsirova debütdə türk rəqibindən güclü olub. Həmyerlimiz Belarus təmsilçisini də çətinlik çəkmədən yenərək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Polşa idmançısına minimal fərqlə uduzub. Türkan fevralın 27-də keçirilən bürünc medal görüşündə Moldova təmsilçisinə qalib gəlməklə təsəlli tapıb.
Mübarizəyə 1/4 finaldan qoşulan İrina Netreba belaruslu rəqibini devirərək yarımfinala adlayıb. Ancaq növbəti görüşdə Kanada idmançısına uduzub. Netreba fevralın 27-də litvalı güləşçiyə də məğlub olaraq medal qazanmaq şansını əldən verib.
76 kq-dakı təmsilçilərimiz elə ilk görüşdə üz-üzə gəlib. Gözəl Zutova Səbirə Əliyevanı məğlub edib. Ancaq daha sonra Belarus güləşçisinə müqavimət göstərə bilməyib.

CANLI YAYIM