"Çikaqo" Mərkəzi divizionda 3-cü pilləyə yüksəlib

26 Fevral, 16:58 Sosial mediada paylaşın:
Milli Xokkey Liqasında növbəti oyunlar keçirilib. Gecənin maraqla gözlənilən qarşılaşmalarından biri “Kolambus Blu Cekets” və “Çikaqo Blekhouks” arasında olub.
İlk hissədə tərəflər çox çalışsalar da bir-birinin müqavimətini qıra bilməyiblər. İkinci periodda komandaların ardıcıl hücumları nəticəsiz qalıb. Nəhayət, sonuncu dövrədə təzyiqi artıran “Çikaqo Blekouks” xokkeyçiləri istəklərinə çatıblar. Qonqlar rəqib qapısından iki cavabsız şayba keçirməklə yekunda qalib gəliblər.
Ardıcıl ikinci qələbəsini qazanan Çikaqo təmsilçiləri mərkəzi divizionda 3-cü pilləyə yüksəliblər. 3 oyundur ki məğlub olan  "Kolambus Blu Cekets" kollektivi 5-cidir. Sözügedən diviziona isə "Florida Panters" başçılıq edir.

CANLI YAYIM