Dünya çempionatında daha iki dəst medalın sahibi müəyyənləşdi

26 Fevral, 15:53 Sosial mediada paylaşın:
Almaniyada xizək idmanı üzrə dünya çempionatında daha iki dəst medalın sahibi müəyyənləşib. Qadınlar arasında tramplindən tullanma və spirint yarışında maraqlı nəticələr qeydə alınıb.
Dünya çempionatının ikinci günü əvvəlcə qadın idmançılar tramplindən tullanma növündə bacarıqlarını nümayiş etdiriblər. Ən yaxşı nəticəni  sloveniyalı Ema Klineç göstərib. Bu, onun karyerasında ilk böyük zəfəridir. Xatırladaq ki, Klineç 2016-cı ildə Norveçdə keçirilən Yeniyetmələrin Qış Olimpiya Oyunlarında həm fərdi, həm də komanda yarışında qızıl medal qazanmışdı. Dünya çempionatının gümüş mükafatına norveçli Maren Lyundbyu, bürünc medalına isə yaponiyalı Sara Takanasi layiq görülüb.
 Qadınların spirint yarışları isə isveçli Yonna Sundliqin qələbəsilə başa çatıb. Danimarkalı  Mayken Kaspersen Falla ikinci , sloveniyalı Anamariya Lampuç isə 3-cü yeri tutub.  İki günün yekunlarına əsasən Norveç bir qızıl, 3 gümüş və bir bürünc medalla komanda hesabında birincidir. İkinci olan Sloveniya komandasının hesabında bir qızıl və bir bürünc mükafat var. İlk 3-lüyü tamamlayan İsveç isə hələlik bir qıızl medal qazanıb.   

CANLI YAYIM