"Filadelfiya" "Dallas"dan, "Miluoki" "Nyu Orlean"dan üstün olub

26 Fevral, 14:44 Sosial mediada paylaşın:
Milli Basketbol Asossasiyasının müntəzəm çempionatında növbəti görüşlər olub.
Şərq konfransının lideri “Filadelfiya” basketbolçuları Uels Farqo sentə arenada Dallas komandasını qəbul edib. Qarşılaşmanın ilk periodu kifayət qədər gərgin keçib. Bu hissədə meydan sahiblərinin cüzi üstünlüyü qeydə alınıb – 23:22. Sonrakı 2 hissədə  isə “Filadelfiya” komandası elə də çətinlik çəkməyib. Yalnız sonuncu periodda bir qədər fəallaşan Dallas təmsilçiləri sloveniyalı ulduz Luka Donçiçin sayəsində oyunda geridönüş etməyə çalışıblar. Lakin meydan sahibləri buna imkan verməyiblər. Beləliklə də oyun “Filadelfiya”nın 111:97 hesablı qələbəsiylə başa çatıb. Qalib komandanın heyətində Coel Embid 23 xal toplamaqla matçın ən məhsuldar basketbolçusu olub. “Dallas”ın lideri Luka Donçiç isə 19 xalla kifayətlənib.
Liqanın daha bir iddialı komandası olan “Miluoki”  “Nyu Orlean” basketbolçularını qəbul edib. Maraqlı mübarizəylə yadda qalan ilk periodda meydan sahibləri 35:31 hesabıyla üstün olublar. 2-ci    hissədə isə “Nyu Orlean” komandası daha yaxşı təsir bagışlayıb və hesab arasındakı fərqi birə endirib. Gərginliyi ilə yadda qalan 3-cü periodda da “Nyu Orlean”  basketbolçularının 35:34 hesablı üstünlüyü qeydə alınıb. Beləliklə də hesab bərabərləşib. Sonuncu periodda isə “Miluoki” komandası yunanıstanlı ulduz basketbolçusu Yannis Adetokunbonun əla oyunu sayəsində qələbə qazanmaga nail olublar. 129-125. Yannis komandasına 38 xal qazandırmaqla matçın qəhrəmanı olub. Komandanın digər üzvü Kris Midlton isə 31 xalla yadda qalıb. “Nyu Orlean”ın heyətin Zayon Ulyamson 31 xal toplasa da bu qələbə üçün kifayət etməyib.

CANLI YAYIM