Voleybol üzrə Çempionlar Liqasında 1/4 finalın ilk oyunları yekunlaşıb

26 Fevral, 13:27 Sosial mediada paylaşın:
Voleybolçuların Çempionlar Liqasında ¼ final mərhələsinin ilk oyunları başa çatıb. Kişilərin mübarizəsində 1, qadınlarda isə 2 oyun keçirilib. Hər 3 qarşılaşmada favoritlər ehtimalları doğruldublar
Kişilərin yarışında ¼ finalın son oyunu Almaniyada olub. Yerli “Berlin Resayklinq” klubu İtaliya təmsilçisi “Trentino”nu qəbul edib. Görüşün aşkar favoriti olan qonaqlar matça yaxşı başlayıblar və ardıcıl 2 seti xeyirlərinə qurtarıblar 25:19 və 25:23. 3-cü hissə gərgin mübarizə şəraitində keçib. Berlin voleybolçuları çətinliklə də olsa bu setdə qalib gəlıiblər - 28:26. Amma bu yalnız təsəlli olub. Növbəti hissədə 25:17 hesabı ilə üstün olan “Trentino” yekunda 3:1 hesablı qələbə qazanıb. Bu komandalar arasında cavab matçı martın 4-də olacaq.
Qadınların turnirində isə 2 oyun olub. Türkiyənin “Vakifbank” klubu Polşada Xemik Politse komandasın qonağı olub. Meydan sahiblərinin baş məşqçisinin türkiyəli Fərhat Akbaş olması bu matça marağı artırırdı. Amma “Vakıfbank” voleybolçuları sürprizə imkan verməyiblər. İlk setdə Polşa təmsilçiləri cəmi 9 xal toplaya biliblər. Sonrakı hissələrdə 25:15 və 25:20 hesabı qeydə alınıb.
Türkiyənin digər təmsilçisi “Əczaçıbaşı” isə məğlub olub. Komanda İtaliyanın Busto-Arsitsio şəhərində yerli “Unet Yamamay”la bacarmayıb. Ilk 2 setdən sonra hesab bərabər olsa da, növbəti hissələrdə meydan sahibləri üstün olublar. Yekunda İtaliya komandası 3:1 hesablı qələbə qazanıb. Qeyd edək ki, həm “Vakıfbank”, həm də Əczaçıbaşı cavab oyununu martın 4-də keçirəcək.

CANLI YAYIM