Joze Mourinyo yenidən İngiltərədə çalışa bilər

9 Oktyabr, 11:43 Sosial mediada paylaşın:
Joze Mourinyo karyerasını yenidən İngiltərədə davam etdirə bilər.
56 yaşlı portuqaliyalı mütəxəssisin “Tottenhem”ə rəhbərlik etmək ehtimalı var. Klub idarəçiləri komandanın hazırkı baş məşqçisi Maurisio Poçettinonu istefaya göndərəcəyi təqdirdə, əsas namizəd qismində Mourinyonu görürlər.
Ötən mövsüm Çempionlar Liqasının finalçısı olan “Tottenhem” hazırda İngiltərə Premyer Liqasında 8 oyundan 11 xalla 9-cu sıradadır. Poçettinonun London təmsilçisi ilə 2023-cü ilin yayına qədər müqaviləsi var.
Qeyd edək ki, ötən ilin dekabrında uğursuz nəticələrlə əlaqədar “Mançester Yunayted”in baş məşqçi postundan kənarlaşdırılmış Mourinyo İngiltərənin “Çelsi” klubuna da rəhbərlik edib. O, həmçinin vətənində “Portu”, İtaliyada “İnter”, İspaniyada isə “Real Madrid” kimi klublarda çalışıb.

CANLI YAYIM