U-17 yoxlama oyunu keçirib

26 Fevral, 11:54 Sosial mediada paylaşın:
Tovuzda Futbol Akademiyasında təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.  
“Turan Tovuz”la oyun millimizin 2:0 hesablı qələbəsilə başa çatıb. U-17-nin qollarını Nahid Əliyevə və Sənan Ağalarov vurub. Millimiz hazırlıq çərçivəsində növbəti oyununu fevralın 28-də “Qəbələ”nin U-19 komandasına qarşı keçirəcək.
 

CANLI YAYIM