Formen Makqreqora məsləhətlərini verdi

25 Fevral, 17:40 Sosial mediada paylaşın:
2018-ci ildə Həbib Nurməhəmmədova məğlubiyyətdən sonra özünə bənzəməyən Konor Makqreqor yanvar ayında Dastin Puaryeyə də məğlub oldu. Buna baxmayaraq irlandiyalı UFC döyüşçüsü iddialarından da əl çəkmir. O, hətta peşəkar boksda da öz məharətini göstərmək istəyir. Ötən illərin əfsanəvi əlcək ustası Corc Formen bununla bağlı Makqreqora məsləhətlərini verib.
Yanvar ayında UFC döyüşündə Dastin Puaryeyə məğlub olan Konor Makqreqor indi də bütün diqqətini boksa yönəldib. 4 il əvvəl Floyd Meyvezrə məğlub olan irlandiyalı döyüşçünün arzusu filippinli sabiq dünya çempionu Menni Pakyao ilə qarşılaşmaqdır. Ötən illərin əfsanəvi amerikalı əlcək ustası Corc Formen bununla bağlı Makqreqora məsləhətlərini verib. Amma o bunun üçün ilk növbədə Konorun qaydasız döyüşlə vidalaşmalı olduğunu söyləyib: “Makqreqor bundan sonra boksla məşğul olmalıdır. O, qaydasız döyüş karyerasını bitirməlidir. Bilirəm, Konor üçün bunu qəbul etmək çətin olacaq. Amma boks variantı onun üçün daha məqsədəuyğun sayılacaq.  Fikrimcə irlandiyalı döyüşçü Menni Pakyao ilə qarşılaşsa, rinqi qalib kimi tərk edə bilər. Makqreqorun boks təcrübəsi var.  Bundan sonra o, MMA-da heç nəyə nail ola bilməyəcək. Pakyanonun güclü olduğunu bilirəm, amma Makqreqorun bu görüşdə qalib gəlmək şansı var”   
Yeri gəlmişkən, rinqdə həm Makqreqoru, həm də Pakyaonu məğlub edən Floyd Meyvezer YouTube bloggeri Loqan Polla döyüşünün təxirə salınmasına münasibət bildirib.  O, Yaponiyadakı epidemioloji şəraitə görə bu görüşü hələ keçirmək istəmədiklərini bildirib. Sabiq dünya çempionu pandemiyadan sonra bu döyüşün baş tutacağına inandığını söyləyib.

CANLI YAYIM