Tokio Olimpiadasının məşəl estafetinə 1 ay qalır

25 Fevral, 15:30 Sosial mediada paylaşın:
Tokio Yay Olimpiya Oyunlarının məşəl estafetinin başlanmasına bir ay qalır.  Təşkilat komitəsinin iclasında pandemiya şəraitində təhlükəsizıik məsələləri müzkirə edilib. Estafet zamanı  sanitar epidemioloji şərtlər yerinə yetirilmədiyi halda mərasimin dayandırılacağı bildirilirb.
Tokio Yay Olimpiya Oyunları Təşkilat Komitəsinin rəhbri Seiko Haşimoto Covid -19 qarşı təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyini bildirib. O, olimpiya məşəli estafetinin uğurlu və təhlükəsiz keçirilməsi üçün bütün səyləri göstərəcəklərini diqqətə çatdırıb: "Qarşımızda əsas məsələ insanların sağlamlığını qorumaq , məşəl etafeti zamanı onların davranışlarını  idarə etmək və yol boyu sıxlığın yaranmasına imkan verməməkdir. Bunun üçün xüsusi təlimatlar hazırlayacağıq. Əgər məqsədimizi insanlara çatdıra bilsək məşəli estafetini etibarlı təşkil edə bilərik".
Tədbirdə qeyd olunub ki, estafet zamanı həddindən artıq insan toplaşalarsa, mərasim yarımçıq dayandırıla bilər.  Bununla əlaqədar yerli sakinlərdən estafetin televiziya vasitəsilə izləmələri xahiş olunub. Təşkilatçılar həmçinin estafet iştirakçılarının, könüllülərin və digər şəxslərin maska taxmasının, sosial məsafəni gözləməsinin və dezinfeksiyaedici maddələrdən istifadə etmələrinin vacibliyini vurğulayıblar. Tokio olimpiadasının məşəl estafetinə martın 25-də Fukusima prefekturasında start veriləcək. 121 gün davam edəcək tədbir  ölkənin bütün bölgələrində  keçiriləcək. Qeyd edək ki, Tokio Olimpiya Oyunları bu il iyulun 23-dən avqustun 8-dək təşkil oluncaq.
Yeri gəlmişkən, Beynəlxalq Olimpiya Komitəsi prezidenti Tomas Bax bildirib ki, gələcəkdə ağır atletika idman növünün olimpiya oyunlarının proqramından çıxarılması nəzərdən keçirə bilər. Qurumun İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasına verən almaniyalı funksioner deyib ki,  rəhbəri olduğu qurum Beynəlxalq Ağırlıqqaldırma Federasiyasındakı vəziyyətdən çox narahatdı: “İdarəetmə sistemində hələ də ciddi dəyişikliklər nəzərə çarpmır. Antidopinqlə əlaqəli bir məsələ Beynəlxalq Olimpiya Komitəsi  İcraiyyə Komitəsinin müdaxiləsindən sonra həllini tapsa da, bir çox məqama məhəl qoyulmadı. Vəziyyət dəyişməsə, ağırlıqqaldırmanın həm 2024-cü il Paris Yay Olimpiya Oyunlarının, həm də növbəti olimpiadaların proqramından çıxarılması məsələsinə baxılacaq".

CANLI YAYIM