"Tottenhem" Avropa Liqasının 1/8 finalına yüksəlib

25 Fevral, 13:20 Sosial mediada paylaşın:
Avropa Liqasında isə 1/16 final mərhələsinin cavab görüşləri başlanıb. İlk matçda rəqibinə 4:1 hesabilə qalib gələn “Tottenhem” doğma arenada da oxşar nəticəni təkrarlayıb.
Hesabı 11-ci dəqiqədə Dele Alli açıb. 2-ci hissənin əvvəlində qonaqlar yenidən məyus olublar. Bu dəfə Karlos Vinisius qapini deqiq nişan alib.  73-cü dəqiqədə Qaret Beyl diqqət mərkəzinə düşüb. Matcda son nöqtəni dubl eden Karlos Vinisius qoyub - 4:0. Beləliklə hər 2 görüşdə rəqibini böyuk hesabla məglub eden “Tottenhem” 1/8 finala yüksəlib.

CANLI YAYIM