"Barselona" yenidən 3-cü sıraya yüksəlib

25 Fevral, 11:58 Sosial mediada paylaşın:
İspaniya La liqasında birinci turdan təxirə salınmış görüş keçirilib.
“Barselona” “Nou Kamp” Arenada çempionatın autsayderi “Elçe”ni qəbul edib.  Güclü rəqibinin təziqlərinı baxmayaraq qonaqlar ilk hissədə qapılarını toxunulmaz saxlamağı bacarıblar. “Barselona” ikinci yarının əvvəlində istəyinə nail olub. Gözəl təşkil olunan hücumu Leonil Messi qolla tamamlayıb. Bir qədər sonra argentinalı forvadr dubl edib. Bu dəfə də o, “Elçe”nin müdafiəçilərini aciz vəziyyətdə qoyub.  Görüşdə son nöqtəni isə Jordi Alba qoyub -  3:0. Matçdan sonra Messinin "Elçe"nin qapıçısı Edqar Badidən futbolkaları dəyişməyi xahiş etməsi də ispaniyalı rejissorların diqqətindən yayınmayıb.

CANLI YAYIM