"Real"la "Mançester Siti" səfərdən qələbə ilə qayıdıb

25 Fevral, 11:55 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasında 1/8 finalın ilk oyunları yekunlaşıb.
“Atalanta” – “Real” oyununun əvvəlində meydan sahibləri uğursuzluğa düçar olub. Berqamo komandasının yarımmüdafiəçisi Remo Froylrt Madridlilərin cinah müdafiəçisi Ferlan Mendiyə qarşı kobudluğuna görə meydandan uzaqlaşdırılıb. İlk hissədə qol vurulmayıb. Vaxtın yekunlaşmasına 4 dəqiqə qalmış hesab açılıb. Rəqibin azlıqda qalmasına səbəb olan Ferlan Mendi bu dəfə qapını dəqiq nişan alıb. Beləliklə “Real” səfərdə “Atalanta”nı minimal hesabla məğlub edib. 
“Mançester Siti” isə 1/8 finalın ilk oyunun “Borussiya” Mönhenqladbaxla üz-üzə gəlib. Almaniyada keçirilməsi olan matç pandemiyya görə Macarıstannın Paytaxtı Budapeştdə təşkil olunub. “Şəhərlilər” qləbə qazanaraq favorit statusunu təsdiqləyiblər. 29-cu dəqiqədə Bernardu Silva Mançester klubunu önə keçirib. 65-ci dəqiqədə portuqaliylı yarımmüdafiəçi yenidən diqqət mərkəzinə düşüb. Onun ötürməsindən sonra  Qabriel Jezus matçda son nöqtəni qoyub 2:0. Cavab oyunları martın 17-də keçiriləcək. 

CANLI YAYIM