UEFA rəsmisi Avropa çempionatının keçiriləcəyini bildirdi

25 Fevral, 11:50 Sosial mediada paylaşın:
UEFA-nın tibbi məsləhətçisi Daniel Kox bildirib ki,  Avropa çempionatı mütləq təşkil olunacaq.
Onun sözlərini görə qitə çempionatı ilə bağlı pis variant nəzərdən keçirilmir, əksinə, hazırda realist və nikbin ssenari var. Qurumun rəsmisi azarkeşlərin  oyunları izləmək üçün digər ölkələrə səyahət edə biləcəklərini vurğulayıb.  Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası səbəbindən bu il    iyunun 11-dən  iyulun 11-dək təxirə salınıb. Yarışa  Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi edəcək.  Bakı Olimpiya Stadionunda  A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmaları, eləcə də 1/4 finalın 1 oyunu keçiriləcək.

CANLI YAYIM