Anatoli Banişevskinin 75 illik yubileyi qeyd ediləcək

24 Fevral, 10:41 Sosial mediada paylaşın:
Fevralın 23-də Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, uzun illər "Neftçi" komandasının heyətində və SSRİ yığmasında çıxış etmiş və dövrünün ən güclü futbolçularından hesab edilən Anatoli Banişevskinin doğum günüdür.
Anadan olmasının 75-ci ildönümündə mərhum futbolçunun məzarı üzərinə AFFA tərəfindən əklil qoyulub.
COVID-19 pandemiyası ilə əlaqədar mövcud tələb və tövsiyələr nəzərə alınaraq, bu gün hər hansı tədbir keçirilməsə də, müvafiq qaydaların imkan yaradacağı təqdirdə, qarşıdakı aylarda Anatoli Banişevskinin 75 illik yubiley tədbirlərinin təşkil olunması nəzərdə tutulub.

CANLI YAYIM