"Yuventus" 3-cü pilləyə yüksəldi

23 Fevral, 15:36 Sosial mediada paylaşın:
İtaliya A Seriyasının 23-cü turuna “Yuventus” – “Krotone” matçı ilə yekun vurulub.
Oyuna gözlənildiyi kimi meydan sahibləri daha yaxşı başlayıblar. İlk hissədə hesab açılıb. 38-ci dəqiqədə Kriştiano Ronaldo fərqlənib. Portuqaliyalı ulduz futbolçu çox keçmədən özünün və komandasının 2-ci qolunu vurub. Beləliklə, dubl edən Ronaldo A Seriyasının bu mövsümündə bombardirlik yarışında liderliyi ələ keçirib. Kriştiano 18 dəfə fərqlənib. Fasiləyə üstün yollanan “Yuventus” ikinci yarıda da hücumlarını davam etdirib. 66-cı dəqiqədə qonaqlar yenidən mərkəzə dəvət olunublar. Bu dəfə Ueston Makkenni rəqib qapısına yol tapıb. 3 cavabsız qolla qalib gələn “Yuventus” 45 xalla 3-cü pilləyə yüksəlib. Yarış cədvəlinə 53 xalla “İnter” başçılıq edir. Onun yaxın izləyicisi “Milan”ın isə 49 xalı var.

CANLI YAYIM