"Sevilya" qələbə qazanaraq 3-cü pilləyə yüksəlib

23 Fevral, 14:31 Sosial mediada paylaşın:
İspaniya çempionatında 24-cü tur başa çatıb.
Sonuncu oyunda “Osasuna” və “Sevilya” komandaları görüşüb. İlk qol 19-cu dəqiqəyə təsadüf edib. Dieqo Karlos künc nöqtəsindən ötürülən topu qapıya vurub. Birinci hissə minimal hesabla yekunlaşıb. Fasilədən dərhal sonra qonaqlar fərqi artırıblar. Bu dəfə Lyuk De Yonq hədəfdən yayınmayıb. Qalan vaxtda hesab dəyişməyib. “Osasuna”nın 90 dəqiqə ərzində qapıya 1 dəqiq zərbə belə endirə bilməməsi diqqət çəkib. Ardıcıl 6-cı qələbəsini qazanan “Sevilya” xallarının sayını 48-ə çatdıraraq 4-cü yerdən 3-cü sıraya yüksəlib. “Osasuna” 25 xalla 13-cüdür. Turnir cədvəlinə 55 xalla “Atletiko” başçılıq edir. 3 xal az toplayan “Real” 2-cidir

CANLI YAYIM