Tuxel: "Atletiko"nun La Liqanın lideri olması bizi qorxutmur"

23 Fevral, 12:24 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasının 1/8 finalında “Atletiko” “Çelsi” ilə qarşılaşacaq.
Qarşılaşma Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək. Buna İngiltərə təmsilçisinin Madridə gedə bilməməsi səbəb olub. Belə ki, koronavirusa yoluxmanın yüksək olduğu ölkələrdən İspaniyaya yollanmağa qadağa qoyulub. Amma buna baxmayaraq oyuna maraq böyükdür. Hər iki komanda görüşə hazırdır. “Atletiko” ilə “Çelsi” ilə bunadək 7 dəfə üz-üzə gəlib. Bunlardan 2-sində ispaniyalılar qələbə qazandıqları halda, 2 oyunda isə “zadəganlar” seviniblər. Digər 3 matç isə heç-heçə yekunlaşıb. İspaniya La Liqasında lider olmasına baxmayaraq “Atletiko”nun işləri heç də yaxşı getmir. Dieqo Simeonenin komandası son 2 turda xal itkisilə diqqət çəkib. Mütəxəssis mətbuat konfransında “Çelsi” zəif cəhətlərini bildiyini vurğulayıb: “Biz La Liqa ilə yanaşı Çempionlar Liqasında da iddialıyıq. Hər iki yarışda mübarizə aparmaq qürurvericidir. Buna görə də əlimizdən gələni edəcəyik. Meydanda hər qarış uğrunda mübarizə aparacağıq. Rəqib güclü olsa da, biz özümüzə inanırıq. Ümid edirəm qələbə qazanacağıq. Rəqibin zəif cəhətlərini bilirik. Bundan istifadə etməyə çalışacağıq”.
“Çelsi” İngiltərə Premyer Liqasında 43 xalla ilk 5-liyi tamamlayır. Yeni baş məşqçi Tomas Tuhelin gəlişindən sonra 6 oyunda 4 qələbə qazanan “zadəganlar” Çempionlar Lqiasında da iddialıdır. Bunu Tuhel mətbuat konfrasında bildirib: “Məqsədimiz hamıya bəllidir. Biz təkcə bir neçə mərhələ irəliləmək yox, Çempionlar Liqasınının kubokunu qazanmaq niyyətindəyik. Güclü heyətimiz var. “Atletiko”nu keçmək üçün var qüvvəmizlə mübarizə aparacağıq. Rəqibinin La Liqanın lideri olması bizi qorxutmur. Layiqli oyun göstərib, mərhələ adlamaq niyyətindəyik”
Qeyd edək ki, “Atletiko” – “Çelsi” matçı gecə yarısı başlanacaq.

CANLI YAYIM