"Səbail"in futbolçusu Latviya klubuna keçib

23 Fevral, 11:00 Sosial mediada paylaşın:
"Səbail"dən ayrılan Orxan Qurbanlı karyerasını Latviyada davam etdirəcək.
 25 yaşlı müdafiəçi "Ventspils" klubuna keçib. O, yeni klubu ilə 2 illik müqavilə imzalayıb. Anlaşmaya əsasən, Qurbanlı mövsümün sonuna qədər Moldovanın "Dinamo-Avto" klubunda icarə əsasında çıxış edəcək."Neftçi"nin yetirməsi 2016-cı ildə Latviyanın digər klubu "Dauqavpils"də çıxış etmişdi.

CANLI YAYIM