Birləşmiş Ərəb Əmirliklərində velomarafon başlanıb

22 Fevral, 17:30 Sosial mediada paylaşın:
Birləşmiş Ərəb Əmirliklərində çöxgünlük velomarafon başlanıb. İdmançılar 7 mərhələdə mübarizə aparacaq. İlk tur  niderlandlı velosipedçiləri üçün uğurlu olub. 
2019-cu ildən keçirilən ənənəvi turnirə paytaxt Əbu Dabidə start verilib. Yarışda 20 komandanın tərkibində dünyanın tanınış velosipedçiləri mübarizə aparır. İlk mərhələdə iştirakçılar Əd –Dafra məntəqəsindən Əl-Mirfaya kimi 176 kim məsafə qət ediblər. Yürüşü hamıdan tez  niderlandlı  Matyu van der Poel öndə tamamalayıb. “Alpeçin Feniks” komandasının üzvü 3 saat 45 dəqiqə 47 saniyə nəticə göstərib.  Onun həmyerlisi, “Jumbo Visma” komandasının velosipedçisi Devid Deker ikinci yeri tutub. “Trek–Segafredo” komandasının latviyalı üzvü Emils Liyepinş isə mübarizəni 3-cü sırada başa vurub. İkinci mərhələdə velosipedçilər 13 km məsafədəyə fərdi ötüşmədə bacarıqlarını nümayiş etdirəcəklər. 7 turdan ibarət velomarafona fevralın 27-də yekun vurulacaq.  

CANLI YAYIM