PSJ gözlənilmədən evdə "Monako"ya məğlub olub

22 Fevral, 16:43 Sosial mediada paylaşın:
Fransa çempionatında 26-cı tur başa çatıb.
Çempionatın lideri “Lill” Loryan şəhərinin “Stad de Mustuar” stadionunda yerli komanda ilə üz-üzə gəlib. 21-ci dəqiqədə avtoqol müəllifi olan Endryu Qraviyon qonaqları hesabda irəli çıxarıb. Lakin 2 dəqiqə sonra Jerom Erqo komanda yoldaşının səhvini düzəldərək hesabı bərabərləşdirib. Çox keçmədən “Lill” futbolçuları yenidən önə keçiblər. Joze Fonte diqqət mərkəzinə düşüb. Qonaqlar ikinci hissədə də təşəbbüsü əldən verməyiblər. Saatın tamamında Jonatan İkone fərqi artırıb - 3:1. “Lill” futbolçuları son saniyələrdə daha bir qol vuraraq mübarizəyə nöqtə qoyublar. Domaqoy Bradariç sonuncu qolun müəllifi olub.
Ardıcıl 3 oyundur qalib gələn PSJ isə gözlənilmədən uğursuzluğa düçar olub. Doğma meydanda “Monako” ilə görüşən paytaxt futbolçuları 6-cı dəqiqədə qapılarında qol görüblər. Ruben Aqiların ötürməsindən sonra Sofyan Diop topu qapıya göndərib. PSJ futbolçuları ilk hissədə rəqib qapısına 1 dəqiq zərbə vurmağı belə bacarmayıblar. 51-ci dəqiqədə Monako təmsilçisi fərqi artırıb. Qilermo Maripan yekun nəticəni müəyyənləşdirib. PSJ – “Monako” 0:2. Bu qələbə sayəsində 26 turdan sonra 58 xal toplayan “Lill” liderliyini möhkəmlədib və ən yaxın rəqibi “Lyon”u 3 xal qapaqlıyır. İlk üçlüyü isə 54 xalla PSJ tamamlayır.

CANLI YAYIM