23 ildən sonra Norveç idmançısı qızıl medal qazanıb

22 Fevral, 15:39 Sosial mediada paylaşın:
İtaliyada dağ xizəkçiliyi üzrə dünya çempionatı başa çatıb. Kortina-de-Ampetso şəhərindəki turnirə slalom yarışları ilə yekun vurulub. Norveçli xizəkçi 23 illik fasilədən sonra slolomda ölkəsinə qızıl medal qazandırıb.
Kişilərin slalom yarışlarında maraqlı nəticə qeydə alınıb. Norveçli Sebastyan Foss-Solevoq bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb. O, 23 illik fasilədən sonra bu növdə qızıl medal qazanan ilk norveçli xizəkçi olub. Maraqlıdır ki, sonuncu dəfə 1997-ci ildə Tom Stiansen məhz elə İtaliyada keçirilən dünya çempionatında qızıl medal əldə etmişdi.
Yekunda İsveçrə seçməsi 3 qızıl, 1 gümüş və 5 bürünc olmaqla ümumilikdə 9 medalla İtaliyadakı dünya çempionatında ən çox mükafat qazanan komanda olub. 5 qızıl, 1 gümüş və 2 bürünc mükafat əldə edən Avstriya millisi isə  medal sıralamasında 1-ci olub.   

CANLI YAYIM