Güləşçilərimiz Mahaçqalada təlim-məşq toplanışına qatılıb

22 Fevral, 14:34 Sosial mediada paylaşın:
Sərbəst güləş üzrə milli komandamızın Rusiyanın Mahaçqala şəhərində təlim-məşq toplanışını davam edir. Mədsəd qarşıdakı beynəlxalq yarışlara , o cümlədən Avropa Olimpiya Təsnifat turnirinə yüksək hazırlıq keçməkdir.  
Fevralın 8-dən Dağıstan komandası ilə birlikdə toplanış keçən güləşçilərimiz həm fiziki, həm də taktiki-texniki hazırlığın yüksəldilməsi üzərində çalışırlar. Mart ayında Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyan təlimlərə baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynov  rəhbərlik edir. Təlim-məşq toplanışına 11 idmançımız cəlb olunub. Hazırlıq prossesinə Əfqan Xaşalov, Georgi Edişeraşvili, İslam Bazarqanov, Əhmədnəbi Qvarzatilov, Əli Rəhimzadə, Turan Bayramov, Hacımurad Hacıyev, Abubakr Abakarov, Osman Nurməhəmmədov, Şərif Şərifov və Camaləddin Məhəmmədov qatılıb.
Yığmanın digər üzvləri isə məşqçi Arif Abdullayevin rəhbərliyi altında Bakıda məşqləri davam etdirir.  Qeyd edək ki, güləşçilərimizin bir qismi fevralın 26-dan 28-dək Kiyevdə Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirə turnirində iştirak edəcək. Bu yarışdan sonra isə Avropa Olimpiya Təsnifat turnirinə son hazırlıq prosesinə strat veriləcək.

CANLI YAYIM