"Neftçi" liderliyini möhkəmlətdi

21 Fevral, 12:15 Sosial mediada paylaşın:
Futbol üzrə Azərbaycan Premyer Liqasında 16-cı tura yekun vurulub. Sonuncu oyun günündə də iki görüş baş tutub.
Əvvəlcə “Keşlə” doğma meydanda “Zirə” ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu görüşdə qalib müəyyənləşməyib.
Turun qapanış matçında isə lider “Neftçi” “Qəbələ” ilə münasibətlərinə aydınlıq gətirib. Bu oyunda meydan sahibləri əlavə vaxtda vurduqları yeganə qol sayəsində qələbə qazanıblar.
Xatırladaq ki, ilk oyun günündə “Sabah” səfərdə “Səbail”ə 0:2 hesabıyla uduzubsa, son çempion “Qarabağ” “Sumqayıt”la qolsuz heç-heçəyə razılaşıb.

CANLI YAYIM