"Qarabağ" Sumqayıtda xal itirib

20 Fevral, 12:10 Sosial mediada paylaşın:
Dünən Azərbaycan Premyer Liqasında XVI turun görüşlərinə start verilib. İlk oyun günündə 2 qarşılaşma baş tutub.
Turun ilk matçında Bayılda turnir cədvəlində qonşular - "Sabah"la "Səbail" görüşüb. Kubokda mübarizəni dayandıran bu komandaların çempionatda da işləri yaxşı getmir. Təsadüfi deyil ki, qış fasiləsindən sonra heç birinin hesabında qələbə yox idi. "Səbail" ümumiyyətlə, xala həsrət qalmışdı. Lakin Aftandil Hacıyevin komandası bu oyunda qalib gəlməklə rəqibini arxada qoyub 2:0
Digər oyunda "Qarabağ" "Sumqayıt"ın qonağı olub. Keçən tur liderliyini əldən verən Ağdam klubu bu oyunda da xal itkisi ilə üzləşib - 0:0

CANLI YAYIM