"Barselona" Avroliqada liderliyini möhkəmləndirib

19 Fevral, 17:20 Sosial mediada paylaşın:
Basketbolçuların Avroliqa yarışında 25-cü turun 4 oyunu keçirlib.
“Barselona” doğma meydanda “Jalgiris”i qəbul edib. Lider olan meydan sahibləri sürprizə imkan verməyiblər. İlk hissədən sonra hesab bərabər olub - 24:24. Amma sonradan təşəbbüsə yiyələnən katalonlar yekunda qalib gəliblər 86:62. Korri Hiqqins və Pyer Oriola 19 xalla qələbədə mühüm rol oynayıblar. Mövsümdə 18-ci dəfə qalib gələn “Barselona” liderliyini bir qədər də möhkəmləndirib. Litva təmsilçisi isə 9-cu yerdərir.
İspaniyanın digər klubu “Baskoniya” da azarkeşlərini sevindirib. Komanda səfərdə “Ximki”ni məğlub edib 89:67. Meydan sahiblərinin heyətində Aleksey Şved 16 xal və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Mövsümdə 22-ci dədfə uduzan “Ximki” yarış cədvəlinin autsayderidir. Rusiya klubu sona 10 tur qalmış pley-offa yüksəlmək imkanlarını itirib. Günün digər oyunlarına gəldikdə “Anadolu Efes” İstanbulda “Olimpiakos”dan üstün olub - 76:53. “Olimpiya Milan” isə İtaliyada “Makkabi Tel Əviv”i məğlub edib 87:68.

CANLI YAYIM